Həqiqi hərbi xidmətkeçmədə son yaş həddi 30-a endirilir

Oxunma vaxtı:19 Saniyə

Hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.

Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.

Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

Xatırladaq ki, hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir.

Loading

Next Post

Sabah Culfanın bəzi kəndlərində işıq olmayacaq

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. “Report”un yerli bürosunun məlumatına görə, 132/110/10 kilovoltluq sistem əhəmiyyətli “Culfa” yarımstansiyasında aparılacaq cari təmir işləri ilə əlaqədar dekabrın 14-də saat 10:00-dan 11:00-a qədər Culfa şəhəri, Yaycı, Gülüstan və Dizə kəndlərində elektrik enerjisinin verilişində qısa fasilə olacaq.