DYP əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Oxunma vaxtı:41 Saniyə

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Müraciətdə bildirilib ki, sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq dekabrın 15-dək ölkə ərazisində havanın temperaturunun aşağı enəcəyi, Bakıda və Abşeron yarımadasında külək müşahidə olunan yağış yağacağı gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək fəsadların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlara yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, külək tutan açıq ərazilərdə ehtiyatlı olmağı, yağışlı havada daha çox ara məsafəsi saxlamağı, qəfil manevr və ya kəskin tormuzlama etməkdən çəkinməyi tövsiyə edir.

“Həftəsonu səfərə çıxmağa hazırlaşan hərəkət iştirakçılarından magistiral yollarda əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə almaq, əvvəlcədən ehtiyat tədbirləri görmək xahiş olunur”.

Loading

Next Post

Hakimlik üçün imtahan keçiriləcək

Dekabrın 15-də Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Bildirilib ki, imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küç., 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək. İmtahan kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda 378 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan iştirakçıları […]