Tbilisidə baş verən iğtişaşların fəal iştirakçısı saxlanılıb

Oxunma vaxtı:23 Saniyə

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Tbilisidəki mitinqdə iğtişaşlarda iştirak edən 26 yaşlı şəxsi saxlayıblar.

Bu barədə qurumun yaydığı məlumatında bildirilib.

Məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs bu il dekabrın 4-də Rustaveli prospektində keçirilən aksiya zamanı həmfikirləri ilə birlikdə yeddi videomüşahidə kamerasını zədələyib.

Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin “Qrup şəxslər tərəfindən əşyanın zədələnməsi və ya məhv edilməsi” maddəsi ilə cinayət işi açılıb. Bu maddə üç ildən altı ilədək azadlıqdan məhrumetmə ilə cəzasını nəzərdə tutur.

Loading

Next Post

İranda qadın müğənni hicab taxmadan səhnəyə çıxıb

İranda karvansaraylardan birində Pərəstu Əhmədi adlı müğənni hicab məcburiyyətini pozaraq konsert proqramı ilə çıxış edib. Bu barədə məlumatı “ir.voanews.com” yayıb. Bildirilib ki, onun çıxışı yutub kanalı ilə birbaşa yayımlanıb. O, konsertlə bağlı belə açıqlama verib: “Mən, Pərəstu, sizi sevən qızlar üçün oxumaq istəyirəm. Mən çox sevdiyim ölkəm üçün oxuyuram. Bu […]