MDB ölkələrinin hökumət başçıları əməkdaşlığa dair bir sıra sənədlər imzalayıb

Oxunma vaxtı:23 Saniyə

MDB ölkələrinin hökumət başçıları Şuranın bugünkü iclasında nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq barədə razılığa gəlib və bir sıra sazişlər imzalayıblar.

İclasın gündəliyinə 10 bənd daxil edilib.

Hökumət başçıları MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri barədə fikir mübadiləsi aparıb, həmçinin nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq haqqında Memorandumu təsdiqləyiblər.

Sənəd bu sahədə əməkdaşlığın genişləndirilməsinə və dərinləşdirilməsinə, ilk növbədə rəqəmsal nəqliyyat infrastrukturunun qurulması üçün zəruri, kifayət qədər institusional və infrastruktur dəyişikliklərin yaradılmasına yönəlib.(Report)

Xəbər yenilənir…

Loading

Next Post

İranlı deputat: Yarım milyona yaxın insan nikah krediti ala bilmir

İranda yarım milyona yaxın insan nikah krediti almaq üçün növbəyə yazılıb. Bunu İran parlamentinin İqtisadiyyat komissiyasının üzvü Hadi Məhəmmədpur bildirib. Onun sözlərinə görə, maliyyə disbalansı yarandığı üçün kreditlərin ödənilməsinə hökumətin lazım olan resursu çatmır. Bildirilib ki, son illərdə İranın neftdən gələn gəlirləri beynəlxalq sanksiyaların təsirinə məruz qalıb və artan hərbi […]