İranlı deputat: Yarım milyona yaxın insan nikah krediti ala bilmir

Oxunma vaxtı:29 Saniyə

İranda yarım milyona yaxın insan nikah krediti almaq üçün növbəyə yazılıb.

Bunu İran parlamentinin İqtisadiyyat komissiyasının üzvü Hadi Məhəmmədpur bildirib.

Onun sözlərinə görə, maliyyə disbalansı yarandığı üçün kreditlərin ödənilməsinə hökumətin lazım olan resursu çatmır.

Bildirilib ki, son illərdə İranın neftdən gələn gəlirləri beynəlxalq sanksiyaların təsirinə məruz qalıb və artan hərbi xərclər də hökumətin iqtisadi gücünə təsir edib.

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bu il dekabrın 6-da deyib: “Düşmənlər təhdid edəndə sizin üçün neftimizi bağlayacağıq” deyirdik. Bu gün hansı nefti bağlayacağıq? Bizim necə bazarımız var?”.

Bu, İran hakimiyyətinin son aylarda ağır maliyyə sıxıntıları içində olduğunu təsdiqləyir.

Loading

Next Post

Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq - ŞƏRH

Suriyada Bəşşar Əsəd rejiminin yıxılması ölkədə, regionda və beynəlxalq münasibətlərdə yeni şəraitin yaranmasına səbəb olub. Son 13 ildə suriyalılar kimləri yola salıb? Əl-Qaidə, İŞİD terror qruplaşmaları, İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qoşunları, Tehranın yaratdığı müxtəlif proksi dəstələr, ölkə üzrə fəaliyyət göstərən Rusiya hərbçiləri, Livan “Hizbullah”ının döyüşçüləri və başqaları ölkəni […]