Bu günədək bələdiyyə seçkilərinə 3 minə yaxın şəxs namizədliyini irəli sürüb

Oxunma vaxtı:37 Saniyə

Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə artıq 3 minə yaxın şəxs namizədliyini irəli sürüb.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təqvim planına uyğun olaraq addımlar atılır:

“Təbii ki, biz heç vaxt təqvim planından kənara çıxmağa, yaxud da onun pozulmasına imkan verməyəcəyik. Bizim 685 bələdiyyəmiz var və ölkə üzrə 8071 bələdiyyə üzvü seçiləcək. Məndə olan məlumata görə, artıq 3 minə yaxın namizəd var. Artıq onların qeydiyyat mərhələsi başlayıb”.

M.Pənahov bildirib ki, MSK bütün prosesləri nəzarətdə saxlayır və yerlərlə daim əlaqədədir:

“İndiyədək hansısa xoşagəlməz halla rastlaşmamışıq”.

MSK sədri həmçinin vurğulayıb ki, azad edilmiş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək:

“Bunun üçün insanlar yaşayış məntəqələrinə qayıtmalıdırlar. Hesab edirəm ki, belə bir dövrün gəlib çatmasına az qalıb”.

Loading

Next Post

MDB ölkələrinin hökumət başçıları əməkdaşlığa dair bir sıra sənədlər imzalayıb

MDB ölkələrinin hökumət başçıları Şuranın bugünkü iclasında nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq barədə razılığa gəlib və bir sıra sazişlər imzalayıblar. İclasın gündəliyinə 10 bənd daxil edilib. Hökumət başçıları MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri barədə fikir mübadiləsi aparıb, həmçinin nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq haqqında Memorandumu təsdiqləyiblər. Sənəd bu […]