Bakının üç rayonunda işıq olmayacaq

Oxunma vaxtı:42 Saniyə

Bu gün Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında təmir, yenidənqurma işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.

Bu haqda “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK 4” yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar saat 11:00-dan saat 14:00-dək Binəqədi kəndində, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində aparılan təmir işləri ilə əlaqədar saat 10:00-dan saat 14:00-dək Elşən Mehdiyev, İvan Anaşkin, İnqilab, Lətif Sultanov və Bəşir Bünyadov küçələrində, Suraxanı RETSİ-nə daxil olan transformator məntəqəsində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan saat 15:00-dək Qaraçuxur qəsəbəsinin Vağzal və Kərəm İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Nazir: Azərbaycanda xarici tələbələrin sayının 20 minə çatdırılması planlaşdırılır

Azərbaycanda təhsil alan 11 minə yaxın xarici tələbənin sayının 20 minə çatdırılması planlaşdırılır. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Elm və ali təhsilin beynəlmiləlləşməsi” adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan tələbə mübadiləsini də artırmaq niyyətindədir.