Azərbaycanda 104 nəfər zəhərlənib – 5-i ÖLÜB

Oxunma vaxtı:34 Saniyə

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib.

Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 14 nəfər dəm qazından zəhərlənən şəxslərdir.

Həmçinin 8 nəfər botulizm, 4 nəfər göbələkdən, 3 nəfər allergik reaksiya, 1 nəfər etanol, 1 nəfər siçan dərmanı (rodentisid), 1 nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib. Onların hər birinə zəruri tibbi yardım göstərilib, 99 nəfər kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, botulizm və etanol zəhərlənmələrindən qeydə alınıb.

Loading

Next Post

Prezident həmkarını təbrik etdi

Prezident İlham Əliyev Finlandiya Prezidenti Aleksandr Stubba təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Finlandiya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı yolunda […]