Oxunma vaxtı:15 Saniyə
Dünya birjalarında neftin qiyməti artıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,19 dollar artaraq 72,08 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,17 dollar artaraq 68,29 dollar təşkil edib.