Zəfər xronikası – Düşmən geri çəkilməyə məcbur edilib

Oxunma vaxtı:38 Saniyə

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Vətən müharibəsinin noyabrın 6-na olan xronikasını təqdim edirik:

– Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub.

– Düşmən Tərtərin kəndlərini atəşə tutub. Xankəndi yaxınlığında düşmənin silah-sursat anbarı partlayıb.

– Zəngilanın Əmirxanlı kəndinin videogörüntüləri yayılıb.

– Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçıb. Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir.

– Düşmənin Göyarxdakı minaatanlarının darmadağın edilməsinin videogörüntüləri yayılıb. Düşmən Tərtərin kəndlərini artilleriya atəşinə tutub.

– Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayılıb. Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərinə zərbələr endirilməsinin videogörüntüləri yayılıb.

Loading

Next Post

Ceyhun Bayramov Bişkekdə COP29-dan danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında çıxış edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, nazir çıxışında TDT çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət və s. sahələrdə əməkdaşlığın perspektivlərinə, Azərbaycanın təşkilatın gücləndirilməsi […]