Yağış axşama doğru tədricən kəsiləcək – FAKTİKİ HAVA

Oxunma vaxtı:48 Saniyə

Noyabrın 4-ü saat 8:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterli intensiv olub. Gədəbəy, Kəlbəcər, Şahdağ, Quba, Xaltan, Xınalıq, Altıağac, Qusarda qar, digər bölgələrdə isə yağış yağır.

Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-6 mm, Lənkəran-Astara zonasında 15-54 mm, Daşkəsən-Gədəbəydə 9-15 mm, Dağlıq Şirvanda 6-17 mm, Mərkəzi Aranda 7-13 mm, Qarabağ və Şərqi-Zəngəzur, Gəncə-Qazaxda 2-6 mm, Naxçıvan MR-da 4-8 mm, Balakən-Şəkidə 3-6 mm, Quba-Qusarda 3-5 mm təşkil edir.

“Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 9, Aran rayonlarında 10, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta qeydə alınıb. Yağıntılı hava şəraiti noyabrın 4-ü axşama doğru tədricən kəsiləcək”, – Gülşad Məmmədova vurğulayıb.

Loading

Next Post

Yasamalın bəzi hissələrində qaz olmayacaq

Bu gün Bakının Yasamal rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bununla bağlı “Azəriqaz” İB məlumat yayıb. Məlumata görə, Yasamal rayonu, H.Zərdabi küçəsi 45 və 47 küçələrində dairəvi sistemin yaradılması ilə əlaqədar yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə noyabrın 4-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Təmir-quraşdırma işləri […]