Ermənistan COP17-nin ev sahibi seçildi

Oxunma vaxtı:18 Saniyə

Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına ev sahibliyi edəcək.

Bu barədə məlumatı Ermənistanın ətraf mühit naziri Akop Simidyan öz sosial şəbəkə hesablarında paylaşıb.

Bildirilib ki, Kolumbiyada keçirilən COP16 iqlim konfransının iştirakçı ölkələri Ermənistanı sözügedən tədbir üçün ev sahibi seçib.

Qeyd edək ki, COP16 oktyabrın 21-dən noyabrın 1-nə qədər Kolumbiyanın Kali şəhərində baş tutub.

Loading

Next Post

Prezident onu icra başçısı təyin etdi

Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimov avqustun 7-si vəzifəsindən azad edilmişdi.