COP29-la bağlı Mərkəz fəaliyyətə başladı

Oxunma vaxtı:1 Dəqiqə, 1 Saniyə

Oktyabrın 19-da COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzinin açılış mərasimi keçirilib.

COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzinin açılışında COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, COP29 Azərbaycan Əməliyyat Şirkətinin Aparat rəhbəri Hikmət Mustafayev iştirak edib, Uniforma Paylanılması və Akkreditasiya Mərkəzində yaradılan şəraitlə tanış olub, akkreditasiya və uniforma paylama prosesinin başlanmasını izləyiblər.

COP29 konfransının təşkilinə cəlb edilmiş işçi qüvvə, könüllülər, podratçı şirkətin nümayəndələri də daxil olmaqla ümumilikdə 10 000 nəfərə yaxın əməkdaşa xidmət göstərəcək Mərkəz təyinata uyğun uniformaların və COP29 konfrans məkanı olan Bakı Stadionuna giriş imkanını əldə etmək üçün akkreditasiyaların səmərəli və sistemləşdirilmiş şəkildə təhvil-təslimini icra etməyə imkan yaradacaq.

Qeyd edək ki, COP29 işçi qüvvəsinin istifadəsi üçün nəzərdə tutulan uniforma geyimləri dayanıqlılıq prinsiplərinə uyğun olaraq hazırlanıb. Belə ki, geyim dəstləri və onun müxtəlif elementləri ekoloji cəhətdən təmiz və təkrar emal edilə bilən materiallardan hazırlanmışdır. Bundan əlavə, COP29 tədbir əməliyyatlarının xalis sıfır emissiya prinsipinə müvafiq olaraq uniformalar yerli tərəfdaş tərəfindən təmin olunmuşdur.

Milli Gimnastika Arenasında yerləşən COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzi həftənin 6 günü, saat 10:00-18:00-a qədər xidmət göstərəcək.

Loading

Next Post

Arakçıdan Baydenin bu sözlərinə cavab!

İsrailin İrana necə və nə vaxt hücum edəcəyi barədə məlumatı olan və ya belə bir çılğınlıq üçün vasitə və dəstək verən hər kəs məntiqi olaraq mümkün itkilərə görə məsuliyyət daşımalıdır. Bunu İranın xarici işlər naziri Abbas Arakçı X hesabında ABŞ Prezidenti Co Baydenin açıqlamasında cavab olaraq yazıb. Qeyd edək ki, […]