
Təqaüddə olan polis zabiti, ictimai fəal, Tural Niftalıyev 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərə təbrik ünvanlayıb.
T. Niftalıyev təbrikə Ümummilli Lider Heydər Əliyevin kəlamını xatırlatmaqla başlayıb.
” Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqlarının tərbiyyəsini yalnız ona etibar edir “
Əziz müəllimlər!
Uzun illər Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru vəzifəsində işləyərkən, yol hərəkətinin təhlükəsizliyinin təbliği sahəsində Sizinlə birgə çalışdıq. Şəxsən mənimlə əməkdaşlığınızı yüksək qiymətləndirir hər birinizə təşəkkür edirəm.
Uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində Şəki rayonunda fəaliyyət göstərən təhsil müəssisələri ilə sıx əməkdaşlıq edərək fəal maarifləndirmə işləri apardığıma görə 13 dekabr 2021-ci il tarixdə Şəki Şəhər Təhsil Şöbəsi ( indiki Təhsil Sektoru) tərəfindən ” Məktəblilərin sevimlisi ” adına layiq görülməyim həyatımdakı ən xoş xatirələrimdən biridir.
Peşə fəaliyyətinizdə bir daha Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Tural Niftalıyev.