“Mənim telefonum bağlıdır” – Santuş

Oxunma vaxtı:54 Saniyə

Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirib.

O, konfransda “Neftçi”də heyətə düşə bilməyən Emin Mahmudovun milliyə niyə çağırıldığı ilə bağlı suala cavab verib.

“Çünki keyfiyyətli futbolçudur. Bəzi keyfiyyətlərə malikdir ki, hər futbolçuda bu yoxdur. Elə qərarlar verə bilər ki, hər oyunçu bunu edə bilmir. Heç kəs fikirləşə bilməz ki, milliyə gəlirəmsə, hər zaman oynayacam. Kim oynayacaq, oynamayacaq qərarları baş məşqçi verir. Futbolçular dərk etməlidir ki, onlar burada Azərbaycan millisinə xidmət edir. Komandamızı da buna görə qurmaq istəyirik. Milliyə dəvət olunmaq o demək deyil ki, 100 faiz oynayacaq. Ola bilsin ki, bəzi oyunçular daha artıq oynayacaq. Bütün millilərdə belədir. 

Milli komandaya oyunçu seçimini yalnız mən edirəm. Mən və köməkçilərim Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. Xaricdə oynayanlar var ki, həmin matçlar da televiziya vasitəsilə diqqətdə saxlanılır. Bu məsələdə əmin ola bilərsiniz. Burda heç kəs kiminsə dostudur deyə, cəlb olunmur. Kimsə kimisə daha çox tərifləyirlər deyə milliyə cəlb olunmur, ya da hansısa agentlər tərəfindən. Mənim telefonum bağlıdır, həmişə bu tərzdə işləmişəm, işləməyə də davam edəcəyəm. Bu, mənim məsuliyyətimdir. Bir şeyə əmin ola bilərsiniz ki, seçimlərimdə qıraq müdaxilələr yoxdur, mümkün deyil”.

Loading

Next Post

Ukraynada daha bir azərbaycanlı həlak oldu - Fotolar

Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir Azərbaycan vətəndaşı həlak olub. Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Zərdab rayon Gəndəbil kənd sakini 1995-ci il təvəllüdlü Ceyhun Qasımov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyadan Azərbaycana gətirilib və Zərdab rayonunda dəfn edilib. Qeyd edək ki, son günlərdə Rusiya-Ukrayna müharibəsi zonasında bir neçə […]