Prezidentlə xanımı Kəlbəcərə getdi – Yenilənir

Oxunma vaxtı:39 Saniyə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. 

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.

***

Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Loading

Next Post

“Azərbaycan Serbiyaya hər zaman etibar edə bilər”

“Dünənki seçkilər münasibətilə sizi təbrik etmək istəyirəm. Seçkilər demokratik və azad şəkildə keçirilib”. Bunu Serbiyanın XİN rəhbəri Marko Curiç Bakıda xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan hökuməti, parlamentlə işləməyə hazırdırlar: “Bu əməkdaşlıq prezidentlərimizin strateji vizyonu sayəsində daha da güclənib. 20 ildən artıqdır ki, […]