I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək

DogruSozTv Az
Oxunma vaxtı:31 Saniyə

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha yeddi şəhid dəfn olunacaq.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, avqustun 15-də hərbçilər Camalov Elman Hüseyn oğlu, Əbilov Əbülfəz Əbülfət oğlu, Hüseynov Cavanşir Ərşad oğlu, mülki şəxs Şirinov Tahir Şirin oğlu Abşeron rayonu Mehdiabad qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunacaqlar.

Həmçinin hərbçi İbrahimov Camaləddin İbad oğlu Bakı şəhəri, Suraxanı rayonu Əmircan kəndində dəfn olunacaq. Digər hərbçi Yarıyev Qənbər Teymur oğlu isə Salyan rayonu Şəhidlər Xiyabanında dəfn ediləcək.

Mülki şəxs Zeynalova Təranə (Əsmayə) Davud qızı sabah Bərdə şəhəri Şəhidlər Xiyabanında dəfn ediləcək.

Loading

Next Post

Bakıda sıxlıq müşahidə olunan yollar

Bakının bir sıra yollarında səhər saatlarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. – Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; – Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; – Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” […]