Müdafiə Nazirliyinin daha bir sabiq rəisi həbs olundu

Oxunma vaxtı:31 Saniyə

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib.

Polkovnik korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilib.

Sabiq idarə rəisi 10 gün əvvəl həbs edilən Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov və digərləri ilə əlbir olaraq xüsusilə külli miqdarda (659 min manat) dövlət vəsaitini mənimsəməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.2–ci (dələduzluq-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə polkovnik Məmmədov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.(Qafqazinfo)

Loading

Next Post

Bakıda yaşayış binasında yanğın, 10 nəfər təxliyə olunub

Bakının Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında yanğın olub.  Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhalnazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş […]