Əli Əsədov Azərbaycanın İrandakı Səfirliyində – Fotolar

Oxunma vaxtı:33 Saniyə

Baş nazir Əli Əsədov Azərbaycanın İrandakı Səfirliyində olub.

Bu barədə Nazirlər Kabinetindən (NK) məlumat verilib.

Bildirilib ki, iyulun 31-də Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fəaliyyətini Tehran şəhərində yeni ünvanda bərpa edən ölkəmizin İrandakı Səfirliyini ziyarət edib.

Ə.Əsədov Səfirliyin binası ilə tanış olub, Azərbaycanın İrandakı səfiri və Səfirliyin heyəti ilə söhbət edib.

Xatırladaq ki, 2023-cü ilin yanvarın 27-si Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölmüş, 2 nəfər yaralanmışdı. Bundan sonra ölkəmizin Tehrandakı Səfirliyinin fəaliyyəti dayandırılmışdı.

İki ölkə arasında aparılmış danışıqlar nəticəsində bu ilin 15 iyul tarixindən etibarən Azərbaycanın İrandakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.

Loading

Next Post

Venesuelada seçkisonrası etirazlar SƏNGİMİR

Venesuelada prezident seçkilərindən sonra etirazlar üçüncü gündür ki, səngimir. Hüquq müdafiəçilərinin məlumatına görə, azı 11 nəfər ölüb, onlardan ikisi azyaşlıdır. “Foro Penal” təşkilatının məlumatına görə, onlarla insan yaralanıb, 177 nəfər həbs edilib. Müxalifət liderləri təkid edirlər ki, onların namizədi Edmundo Qonzales Uqo Çavesin onillik müdafiəçisi və Kremlin müttəfiqi Nikolas Madurodan […]