Zeynal Usubov məşhur restoranda bıçaqlandı

Oxunma vaxtı:38 Saniyə

Bakıda yerləşən “Hollivud” restoranında bıçaqlanma hadisəsi baş verib. 

Hadisə bir neçə gün əvvəl qeydə alınıb. Restorandakı insident zamanı Usubov Zeynal Mütəllim oğluna bir neçə bıçaq zərbəsi vurulub. 

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam edir.

Məlumat üçün bildirək ki, restoranın sahibi kimi tanınan iş adamı Şərurlu İsfəndiyar Pravda.az-a açıqlamasında bıçaqlanmadan xəbərsiz olduğunu deyib: “Hollivud” restoranını 10 illik icarəyə vermişəm. Hadisədən xəbərim yoxdur. Mənə heç nə deməyiblər…”

Yerli mətbuatda yayılan məlumatlara görə, bıçaqlanaraq ağır bədən xəsarətləri alan Zeynal Usubov uzun müddət prokurorluq orqanlarında çalışıb, Nərimanov rayon prokurorunun sabiq müavini olub.

***

Əldə etdiyimiz daha bir məlumata görə, Zeynal Usubov hazırda prokurorluqda işləmir. O, 2023-cü ilin aprel ayında prokurorluq orqanlarından xaric olunub.

Loading

Next Post

İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. Dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, müxtəlif sahələrdə əməkdaşlığımızın genişlənməsi məmnunluq […]