İlham Əliyevin Pakistana səfəri GÖZLƏNİLİR

DogruSozTv Az
Oxunma vaxtı:26 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 11-12-də Pakistana rəsmi səfəri gözlənilir.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb

Səfər Pakistan Baş naziri Şahbaz Şərifin dəvəti ilə baş tutacaq.

“Səfər çərçivəsində İlham Əliyev Pakistan Prezidenti Əli Zərdari və baş nazir Şahbaz Şəriflə görüşlər keçirəcək. Tərəflər ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq doğuran sahələr üzrə geniş müzakirələr aparacaqlar. Səfər zamanı bir sıra sazişlərin və memorandumların imzalanması gözlənilir. 

Azərbaycan Prezidentinin səfəri iki ölkə arasında möhkəm əməkdaşlığı və liderlik səviyyəsində dialoqu əks etdirir”, – açıqlamada bildirilir.

Loading

Next Post

Qız qaçıran qazi özünü niyə YANDIRIB?

Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 44 günlük Vətən müharibəsinin qazisi Elnur Əliyev Cəlilabad Rayon İcra Hakimiyyəti binasının daxilində özünü yandıraraq intihara cəhd edib. Elnur Əliyev ağır yanıq xəsarətləri ilə Bakı Şəhər 5 saylı klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib. Cəlilabad Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin […]