“Belə məqamlarda Putini öldürmək istəyirsən”

DogruSozTv Az
Oxunma vaxtı:37 Saniyə

Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl Kiyevdə “Oxmatdet” uşaq xəstəxanasına raket düşməsinə münasibət bildirib. 

Zelenski bu barədə Vaşinqtonda Prezident Fondu və Ronald Reyqan İnstitutunda çıxışından sonra danışıb. 

“Mən atayam, Prezidentəm… Və insanları, uşaqları itirmək çox-çox çətindir. Bu insanları, valideynləri görəndə, onların övladları öləndə – bu cür məqamlarda Putini öldürmək istəyirsən”, – deyə Ukrayna lideri qeyd edib. 

Onun sözlərinə görə, Rusiya NATO sammiti ərəfəsində tibb müəssisəsinə bilərəkdən zərbə endirib.

Qeyd edək ki, Rusiya ordusu iyulun 8-i Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib. Hücum zamanı “Oxmatdet” uşaq xəstəxanasına da ziyan dəyib. Şəhərin meri Vitaliy Kliçko zərbə nəticəsində ümumilikdə Kiyevdə 5-i uşaq olmaqla, 34 nəfərin öldüyünü açıqlayıb. Onlardan ikisi “Oxmatdet”də həlak olub. Bununla yanaşı, daha 121 nəfər isə xəsarət alıb.

Loading

Next Post

Ceyhun Bayramov Xavyer Kolomina ilə görüşdü

İyulun 9-da xarici işlər naziri Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirakı çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb, Görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, təhsil və s. […]