Bakıda xəstə baş həkimin otağına benzin tökərək od vurdu – Yenilənir

Oxunma vaxtı:20 Saniyə

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

Hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.

Xəsarət alanların olmadığı bildirilir, əlavə məlumat veriləcək.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.(APA)

Hazırda faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

7 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən 7 siyasi partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb. Bununla bağlı məsələ MSK-nın bugünkü iclasında müzakirə olunub. Bunlar Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Cəbhə Partiyası, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası, Milli […]