7 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Oxunma vaxtı:21 Saniyə

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən 7 siyasi partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

Bununla bağlı məsələ MSK-nın bugünkü iclasında müzakirə olunub.

Bunlar Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Cəbhə Partiyası, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası, Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası və Ağ Partiyadır.

Müzakirəyə çıxarılan partiyaların seçkilərdə səlahiyyətli nümayəndələri qeydə alınıb.

Loading

Next Post

Bakının bəzi yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Tbilisi prospekti, mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz […]