Terminalı taladılar, qaçanda qəzaya düşdülər – Video

DogruSozTv Az
Oxunma vaxtı:44 Saniyə

Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb. 

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, qabaqcadan əlbir olan bir qrup şəxs gecə saatlarında marketlərdən birinin qapısını sındıraraq içəridə olan ödəmə terminalını talayıblar. 

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər – 1997-ci il təvəllüdlü Şamxal Qarayev, 1991-ci il təvəllüdlü Kamil Əliyev və 1997-ci il təvəllüdlü Rəsul Rzayev saxlanılıblar. 

Dəstə üzvləri məsuliyyətdən və kameralardan yayınmaq məqsədi ilə hadisədən əvvəl başqa nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını oğurlayaraq K.Əliyevin avtomobilinə bağlayıblar. R.Rzayev isə marketi kənardan müşahidə edərək digərlərinə obyeketin bağlanma saatı barədə məlumat verib. Dəstə üzvləri hadisədən sonra ərazini tərk edən zaman idarə etdikləri avtomobillə qəzaya düşdüklərindən onlar terminalı nəqliyyat vasitəsinin yük yerində qoyaraq oradan uzaqlaşıblar.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Loading

Next Post

Qusarın icra başçısı o oldu

Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, Qusarın əvvəlki icra başçısı Şair Alxasov bu ilin mayında vəzifəsindən azad edilmişdi.