Ermənistanla sülh müqaviləsinin əsas şərti açıqlandı

DogruSozTv Az
Oxunma vaxtı:21 Saniyə


“Azərbaycan sülh gündəliyinə sadiqdir. Biz bu istiqamətdə işlərimizi səylə davam etdiririk. Sülh müqaviləsinin imzalanması üçün əsas şərt təbii ki, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına münasibətdə dəyişikliklərlə bağlıdır”.

Bu fikirləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.

Ceyhun Bayramov bildirib ki, Xarici İşlər Nazirliyi bundan sonra da dövlətin siyasi kursu əsasında xalqın milli maraqlarına uyğun düzgün siyasətin aparılması, Azərbaycanın mövqeyinin ortaya qoyulması istiqamətində səylərini davam etdirəcək.(Azərtac)

Loading

Next Post

Terminalı taladılar, qaçanda qəzaya düşdülər - Video

Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.  Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, qabaqcadan əlbir olan bir qrup şəxs gecə saatlarında marketlərdən birinin qapısını sındıraraq içəridə olan ödəmə terminalını talayıblar.  Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər – 1997-ci il […]