Bu gün üç rayonda qaz olmayacaq

Oxunma vaxtı:33 Saniyə

Bu gün Sabirabad, Hacıqabul və Ağsu rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax I xətt” yüksək təzyiqli magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli qol kəmərinin birləşdirilməsi ilə bağlı iyulun 8-də saat 08:00-dan etibarən işlər başa çatanadək “Qarasu əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Sabirabad rayonunun (16 kənd və 35 qeyri-yaşayış sahəsinin) bir hissəsinin Hacıqabul rayonunun (10 kənd, 2 qəsəbə və 28 qeyri-yaşayış sahəsi) bir hissəsinin və Ağsu rayonu üzrə Padarqışlaq kəndinin qaz təchizatında məhdudiyyətin yaranması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Loading

Next Post

Fransa 3 hissəyə parçalandı: Paris "döyüş" meydanına çevrilib - Makronu hansı təhlükə gözləyir?

Fransada parlament seçkilərinin nəticələri açıqlanıb. Necə oldu ki, respublika üç yerə parçalandı və niyə ekspertlər onun xaos dövrünə qədəm qoyduğunu deyirlər? Ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Yeni Xalq Cəbhəsi solçu alyansı Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) növbədənkənar seçkilərdə qalib gələrək 182 yer qazanıb. İkinci yeri 168 […]