Prezident Pezeşkianı Azərbaycana dəvət edib

DogruSozTv Az
Oxunma vaxtı:23 Saniyə

“Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq”.

Bu barədə Prezident İlham Əliyevin İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana təbrik məktubunda deyilir.

“İkitərəfli əməkdaşlığımızın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət edirəm.

Sizə ən xoş arzularımı çatdırır, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”, – dövlət başçısı qeyd edib.

Loading

Next Post

TDT XİN başçılarının iclası yekunlaşıb, sənədlər hazırlanıb

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən Xarici İşlər Nazirləri Şurasının iclası yekunlaşıb. Bu barədə təşkilatın baş katibi Kubanıçbek Omuraliyev “X”də yazıb. “Xarici işlər nazirlərimiz müzakirə üçün əsas mövzuları yekunlaşdırdılar və dövlət başçılarımızın təsdiq edib imzalaması üçün mühüm sənədlər hazırladılar”, – o bildirib. [center][img]https://azadmedia.az/uploads/posts/2024-07/1720250632_ekran-kli_6-7-2024_11143_report_az.jpeg[/img][/center]