Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana təhvil veriləcək

DogruSozTv Az
Oxunma vaxtı:21 Saniyə

Ermənistanın işğalı altında olan və ölkəni Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün həmin ərazidə, Kirants və Açarkut kəndləri ərazisindəki yolun inşa işləri ilə tanış olub.

Bildirilib ki, yeni yol Ermənistandan Gürcüstana gedən yolda yerləşən körpünün delimitasiya nəticəsində Azərbaycana təhvil veriləcəyi üçün inşa edilir.

Həmçinin qeyd olunub ki, buraya Kirants kəndində iki ev, yolun bir hissəsi və 50-yə yaxın torpaq sahələri daxildir.

Loading

Next Post

Bu gün üç rayonda qaz olmayacaq

Bu gün Sabirabad, Hacıqabul və Ağsu rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax I xətt” yüksək təzyiqli magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli qol kəmərinin birləşdirilməsi ilə bağlı iyulun 8-də saat 08:00-dan […]