Ərdoğandan “bozqurd”la bağlı cəzaya – Etiraz

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan UEFA-nın futbolçu Merih Demiralla bağlı qərarına etiraz edib.

Prezident Qazaxıstandan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

O, “bozqurd” işarəsini fransız və almanların formalarında olan işarələrlə müqayisə edib: “Almanların formalarında qartal var, amma kimsə nəsə demir. Kimsə demir ki, fransızların formasında xoruz var. Onlara niyə xoruzlanırsınız, deyilirmi? Merih sadəcə sevincini bu cür qeyd edib. Məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi onların səlahiyyətli şəxsləri ilə danışıb lazımi addımı atacaq”.  

Qeyd edək ki, UEFA Türkiyə millisinin futbolçusu Merih Demirala “bozqurd” işarəsi tutduğu üçün 2 oyunluq cəza verib.

Loading

Next Post

Sabahdan Məhərrəm ayı başlayır

Sabahdan Azərbaycanda Məhərrəm ayı başlayacaq. 1446-cı Hicri-Qəməri ilinin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2024-cü il iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf edir. Səfər ayı isə avqustun 7-də başlayacaq.