Dava düşdü, araya girən 22 yaşlı gənc də bıçaqlandı – Yenilənib

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

Ötən gün Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə axşam saat 23:30 radələrində Sabunçu rayonunda qeydə alınıb. 

Belə ki, 1999-cu il təvəllüdlü Mürşüd Dəmirov aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Səfiyar Quluzadəyə döş qəfəsindən 1 ədəd bıçaq xəsarəti yetirib. Həmin şəxsləri ayırmağa çalışan 2002-ci il təvəllüdlü Kamran İbrahimov da qarın nahiyəsindən bıçaq yarası alıb. 

Bakı şəhəri Sabunçu RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. 

Mürşüd Dəmirovun tapılması istiqamətlərində əməliyyat-axtarış tədbirləri davam edir.

***

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Dəmirov Mürşüd Mehman oğlu polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb. Araşdırmalar davam etdirilir.

Loading

Next Post

Prezident Şuşada açılışlar etdi - Yenilənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Prezident İlham Əliyev iyulun 5-də Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib. *** İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib. […]