Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

İyulun 5-də Bakıda hava yağmursuz keçəcək, rayonlarda isə şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Loading

Next Post

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 5-6-da Azərbaycana işgüzar səfər edəcək. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib. “Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində iştirak edəcək. Növbədənkənar iclasın mövzusu nəqliyyat, əlaqə və iqlim fəaliyyəti ilə dayanıqlı gələcəyin formalaşmasının təmin edilməsidir”, – o bildirib. […]