IOC Paris-2024-ün mümkün ləğvi ilə bağlı bəyanat yayıb

DogruSozTv Az
Oxunma vaxtı:26 Saniyə

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Fransanın paytaxtı Parisdə keçiriləcək olimpiadanın ləğvi ilə bağlı şayiələrin yayılmasına münasibət bildirib.

Bu barədə IOC-un mətbuat xidməti məlumat yayıb.

“Bu, açıq-aydın Fransaya, IOC-a, onun prezidentinə və Yay Olimpiya Oyunlarına qarşı davam edən dezinformasiya kampaniyasının bir hissəsidir. Bu, heç bir fakta əsaslanmır. IOC prezidenti və bütün Olimpiya Hərəkatı iyulun 26-da keçiriləcək açılış mərasimindən başlayaraq, Parisdə təşkil olunacaq möhtəşəm olimpiadanı səbirsizliklə gözləyir”, – bəyanatda bildirilib.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 14-dək gerçəkləşəcək.

Loading

Next Post

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

Qazaxıstanın sədrliyi ilə Astanada Müstəqillik Sarayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti işə başlayıb. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Təşkilatın forumu ilk dəfə olaraq ŞƏT-ə üzv dövlətlərin rəhbərləri Şurasının iclası və “ŞƏT Plus” iclası formatında keçiriləcək. ŞƏT Dövlət Başçıları Şurasının iclası zamanı Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, […]