Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

DogruSozTv Az
Oxunma vaxtı:29 Saniyə

Qazaxıstanın sədrliyi ilə Astanada Müstəqillik Sarayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti işə başlayıb.

Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Təşkilatın forumu ilk dəfə olaraq ŞƏT-ə üzv dövlətlərin rəhbərləri Şurasının iclası və “ŞƏT Plus” iclası formatında keçiriləcək.

ŞƏT Dövlət Başçıları Şurasının iclası zamanı Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, o cümlədən “Ədalətli sülh, harmoniya və inkişaf naminə dünya birliyi haqqında”, “ŞƏT-in təkmilləşdirilməsi haqqında” təşəbbüs qəbul ediləcək.

Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, həmçinin ŞƏT katibi iştirak edir.

Loading

Next Post

Prezident İlham Əliyev Cozef Baydeni təbrik edib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, 4 İyul – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Azərbaycan Amerika Birləşmiş Ştatları ilə […]