Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Oxunma vaxtı:24 Saniyə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) 218 əməkdaşı məsuliyyətə cəlb edilib.

Bu barədə “Report”a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin I yarımilliyində isə 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

Loading

Next Post

İran Tacikistanla viza rejimini ləğv edir

İran Tacikistanla viza rejimini dörd şərt daxilində ləğv edir. Bu barədə İranın Tacikistandakı səfirliyindən bildirilib. Məlumata görə, İranın irəli sürdüyü şərtlər aşağıdakılardır: Viza rejiminin ləğvi tarixi hələ müəyyən edilməyib. Bildirilib ki, İran Xarici İşlər Nazirliyi məsələ ilə bağlı əlavə məlumat verəcək.