İran Tacikistanla viza rejimini ləğv edir

Oxunma vaxtı:20 Saniyə

İran Tacikistanla viza rejimini dörd şərt daxilində ləğv edir.

Bu barədə İranın Tacikistandakı səfirliyindən bildirilib.

Məlumata görə, İranın irəli sürdüyü şərtlər aşağıdakılardır:

  • vizasız qalma müddəti – 30 gün;
  • səyahət növü – yalnız hava ilə;
  • marşrut – yalnız Düşənbədən Tehrana və geriyə;
  • fəaliyyət şərti – ikitərəfli qaydada əməl olunarsa, vizasız rejim qüvvədə olacaq.

Viza rejiminin ləğvi tarixi hələ müəyyən edilməyib. Bildirilib ki, İran Xarici İşlər Nazirliyi məsələ ilə bağlı əlavə məlumat verəcək.

Loading

Next Post

“Moon Kids”in direktorunun həbsi ilə bağlı - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, “Moon Kids” Uşaq Bağçasının təsisçisi və direktoru cinayət məsuliyyətinə cəlb edilib. Məsələ ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Bildirilib ki, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, […]