Talış Dağlıq zonasında güclü zəlzələ olub – YENİLƏNİB

DogruSozTv Az
Oxunma vaxtı:29 Saniyə

Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.

Bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunmuşdur”, – məlumatda qeyd olunub.

***

Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı (ML) zəlzələ olub.

Bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Talış Dağlıq zonasında zəlzələ qeydə alınmışdır”, – məlumatda qeyd olunub.

Yeraltı təkanların yerli vaxtla saat 07:43-də qeydə alındığı diqqətə çatdırılıb.

Loading

Next Post

VI çağırış Milli Məclisin sonuncu plenar iclasının gündəliyinə dəyişiklik edilib

VI çağırış Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasının gündəliyi dəyişib. Parlamentin bugünkü iclasının gündəliyinə “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi daxil edilib. Bununla da VI çağırış üzrə bugünkü sonuncu plenar iclasda gündəliyə təklif olunan məsələlərin sayı 15-ə çatıb. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan […]