“Sürət həddini aşmağa görə sizi postda saxlaya bilməzlər”

DogruSozTv Az
Oxunma vaxtı:31 Saniyə

“Sürət həddini aşmısınızsa, heç kim sizi DYP postunda saxlayıb cərimələyə bilməz”.

Bu barədə Baş DYP İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev ATV-də qonaq olarkən danışıb.

O bildirib ki, sürət həddi ilə bağlı protokollar elektron qaydada tərtib edilir: “Stasionar postda yol patrul xidmətinin əməkdaşı sürücünü saxlayıb sənədlərə baxış keçirə bilər. Lakin hər hansı qayda pozuntusu yoxdursa, ona protokol tərtib edə bilməz.

Və yaxud DYP əməkdaşı iddia edə bilməz ki, siz yolda sürət həddini keçmisiniz və sizə əllə protokol yazırıq. Çünki vizual olaraq sürət həddinin aşılmasını müəyyən etmək mümkün deyil, belə bir anlayış yoxdur. Bu hal yalnız xüsusi texniki vasitə ilə aşkar edilə bilər”.

Loading

Next Post

Mahir Quliyevin cəzası azaldıldı

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin həbs müddəti azaldılıb. Hakim Teyyub Muxtarovun sədrliyi ilə Ali Məhkəmədə keçirilən prosesdə onun cəzası 8 il 3 aya endirilib.  Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə […]