Havanın temperaturu 3-9 dərəcə aşağı enəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

DogruSozTv Az
Oxunma vaxtı:42 Saniyə

Sabahdan Azərbnaycanda hava şəraiti dəyişəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 26-si axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında iyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Havanın temperaturunun ötən günlərlə müqayisədə 5-9 dərəcə aşağı enəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Loading

Next Post

Daxili işlər naziri Oğuzda vətəndaş qəbulu və sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 25-də Oğuz Rayon Polis Şöbəsində vətəndaş qəbulu keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon Polis Şöbəsinin inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ şəhər və rayonlarından qəbula gələn 224 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin […]