Əhmədin xalası hüquqi varis olmaq istəyir – Yenilənib

DogruSozTv Az
Oxunma vaxtı:57 Saniyə

İkisi azyaşlı olmaqla, ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başlayır.

“Qafqazinfo”nun məlumatına görə, ilin ən dəhşətli cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.

İş üzrə hazırlıq iclası keçirilir, yəni işə mahiyyəti üzrə baxılmır. Məhkəmə Əhmədin anket məlumatları ilə tanış olur, ilkin dinləmələr keçirilir.

İclas bir qədər sonra başlayacaq.

***

Əhməd Əhmədovun məhkəməsi başlayıb.

İclasda müttəhim Əhməd Əhmədov və digər proses iştirakçıları məhkəmə zalında hazır olublar.

Hakim Səbinə Məmmədzadə Əhmədin şəxsi məlumatlarını elan edib. Əhməd məhkəmə qərarı ilə anlaqsız hesab edildiyindən icra hakimiyyətindən ona qanuni nümayəndə təyin edilib. Hazırkı mərhələdə tərəflər tərəfindən heç bir vəsatət qaldırılmayıb.

***

Əhməd Əhmədovun xalası məhkəmədə yüksək səslə etiraz edib.

O, hüquqi varis qismində tanınmamasından narazıdır. Hakim xanımı zaldan çıxarıb, prosesə bir neçə dəqiqəlik fasilə verilib. Fasilədən sonra tərəflərin razılığı ilə iş baxışa təyin edilib.

İlk baxış iclası iyulun 4-ü keçiriləcək.

Qeyd edək ki, Ə.Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur. Ekspert rəyləri ilə onun hadisə törədərkən anlaqsız vəziyyətdə olduğu təsdiq edilib.

Prokuror Əhməd barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün məhkəməyə qərar göndərib. Məhkəmə də eyni qənaətə

Loading

Next Post

Havanın temperaturu 3-9 dərəcə aşağı enəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Sabahdan Azərbnaycanda hava şəraiti dəyişəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 26-si axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında iyunun 26-sı […]