Daxili işlər naziri Oğuzda vətəndaş qəbulu və sıra baxışı keçirib

Oxunma vaxtı:34 Saniyə

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 25-də Oğuz Rayon Polis Şöbəsində vətəndaş qəbulu keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, rayon Polis Şöbəsinin inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ şəhər və rayonlarından qəbula gələn 224 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 19-u Vətən müharibəsi iştirakçısı olmaqla 88 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Daxili işlər naziri Oğuzda vətəndaş qəbulu və sıra baxışı keçirib

Loading

Next Post

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhid dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhidin dəfn ediləcəyi yer və tarix məlum olub. “Report”un əldə etdiyi məlumata görə, iyunun 27-də Baratov Hörmət Beytulla oğlu, Ağayev Şahlar Hüseynağa oğlu və Qasımov Adıgözəl Əmirsoltan oğlunun cəsədlərinin qalıqları Xaçmazda dəfn olunacaq. Elə həmin gün Zeynalov Ucar Fidail oğlunun […]