Leysan, dolu, 37° isti – Sabahın havası

DogruSozTv Az
Oxunma vaxtı:43 Saniyə

İyunun 25-nə gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti verilən məlumat yayıb,

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Lakin günün birinci yarısında havanın qısamüddətli tutulacağı, bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Loading

Next Post

Azərbaycanda xüsusi karantin rejiminin müddəti UZADILDI

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Nazirlər Kabineti bu barədə qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəl bu müddət […]