Bu il magistraturaya qəbulda yüksək bal toplayanların sayı daha azdır

Oxunma vaxtı:1 Dəqiqə, 38 Saniyə

Bu il magistraturaya qəbulda yüksək bal toplayanların sayı daha azdır.

Dogrusoztv.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin magistraturaya qəbulun nəticələri ilə bağlı yaydığı bəzi statistik göstəricilərdə qeyd olunub.

Bildirilib ki, hazırki müqayisə şərti xarakter daşıyır və bakalavrlara ixtisaslaşma seçimi zamanı kömək məqsədilə təqdim olunub.

Belə ki, bu il imtahan yeni modelə əsasən keçirilib və iştirakçılara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub. Bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal əvvəl kimi 100 bal olub.

2024-cü ildə keçirilən imtahanlarda, ümumilikdə 24858 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 24118 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 740 nəfər daha çox olub.

Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-dən yüksək (median 48.55) olub. Ötən il isə bu göstərici 54 bala yaxın (median 53.90) idi. Xarici dil üzrə ənənəvi test tapşırıqlarının sayının azaldılması, həmçinin bu il ilk dəfə tətbiq olunduğu üçün essedən toplanılan bala hər hansı məhdudiyyətin qoyulmaması səbəbilə esse yazmaqdan imtina göstəricilərinin çox olması ümumi nəticələrin nisbətən aşağı düşməsinə təsir göstərib.

Bu il 90 va daha yuxarı bal toplayanların sayı 44 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 458 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 2106 nəfər olub. Ötən il analoji göstəricilər 161, 1119 və 4006 nəfər idi. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı daha azdır.

Aşağıdakı cədvəllərdə bakalavrların 2024 və 2023-cü illərdə keçirilən imtahanlarda topladıqları ballar üzrə histoqramlarla tanış ola bilərsiniz.

Magistratura – 2024

Bakalavrların sayı: 24858

Ballar üzrə histoqram

Bal
intervalları
Bakalavrların
sayı
(tezliklər)
0 – 302301
30 – 351932
35 – 402613
40 – 453204
45 – 503351
50 – 553069
55 – 602707
60 – 652100
65 – 701475
70 – 751035
75 – 80613
80 – 85279
85 – 90135
90 – 9539
95 – 1005

Magistratura – 2023

Bakalavrların sayı : 24118

Ballar üzrə histoqram

Bal
intervalları
Bakalavrların
sayı
(tezliklər)
0 – 301670
30 – 351254
35 – 401863
40 – 452261
45 – 502732
50 – 552924
55 – 602825
60 – 652527
65 – 702056
70 – 751737
75 – 801150
80 – 85633
85 – 90325
90 – 95132
95 – 10029

Loading

Next Post

Beyləqan Polis Şöbəsinə yeni təyinat olub - ƏMR

Beyləqan Rayon Polis Şöbəsinə yeni təyinat olub. Dogrusoztv.az xəbər verir ki, müvafiq əmrə əsasən polis mayoru Orxan Novruzov Beyləqan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub. Bundan öncə o, Astara Rayon Polis Şöbəsində eyni vəzifəni icra edib.