Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Oxunma vaxtı:17 Saniyə

İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Loading

Next Post

İqtisadiyyatımız 4,2 faiz böyüyüb

2024-cü ilin yanvar-may aylarında ölkədə 48026,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər istehsalı 7,3 faiz artıb, […]