Şavkat Mirziyoyev Azərbaycan Mədəniyyət Günlərinin iştirakçılarını təbrik edib

DogruSozTv Az
Oxunma vaxtı:25 Saniyə

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyunun 10-dan 14-dək Daşkənddə davam edəcək Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçılarını təbrik edib.

Bu barədə “Sputnik-Özbəkistan” məlumat yayıb.

“Azərbaycan Mədəniyyət Günləri qardaş Azərbaycan torpağında keçirilən Özbəkistanın Mədəniyyət Günlərinin məntiqi davamıdır”, – o vurğulayıb.

Ş.Mirziyoyev qeyd edib ki, özbəklər qardaş Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti, incəsənəti, ədəbiyyatı, milli adət-ənənələri və dəyərləri ilə tanış ola biləcəklər. Eləcə də, Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçıları Özbəkistanda baş verən dəyişikliklərlə, onun tarixi-mədəni xüsusiyyətləri ilə daha yaxından tanış ola biləcəklər.

Loading

Next Post

Azərbaycan millisinə xaricdən baş məşqçi GƏTİRİLDİ

AFFA İcraiyyə Komitəsinin onlayn formatda növbəti iclası keçirilib. 3 iyun 2024-cü ildə keçirilmiş AFFA İcraiyyə Komitəsinin toplantısında müzakirə edilmiş baş məşqçi məsələsinin davamı olaraq futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb. Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli […]