Şuşada Əliyevə dedim ki… – Lukaşenko

DogruSozTv Az
Oxunma vaxtı:26 Saniyə

Belarus Respublikası Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi prosesində iştirak edəcək.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Azərbaycana, xüsusən də işğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyev ilə birgə səfərini xoş təəssüratla xatırlayır:

“Şuşada ona dedim: Siz cənnətdə yaşayırsız. Mən heç yerdə belə gözəlliklə rastlaşmamışam. Əminəm ki, siz bu ərazilərdə həyatı bərpa etməklə daha bir uğura imza atacaqsınız. İstiqamətləri müəyyən etdiyimiz bu işlərdə məmnuniyyətlə iştirak edəcəyik. Heç bir maneə yoxdur”.

Loading

Next Post

Nikah yaşının 1 il azaldılması halı aradan qaldırılır

Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılır. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bununla belə, hazırda üzrlü səbəblər olduqda, […]