Nikah yaşının 1 il azaldılması halı aradan qaldırılır

DogruSozTv Az
Oxunma vaxtı:28 Saniyə

Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılır.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bununla belə, hazırda üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Layihəyə əsasən, bu hal ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.

Loading

Next Post

Sədr müavini: Erkən nikahlarla bağlı dindən sui-istifadə edilir

Əgər tibb və elm qohum evliliyinin insan sağlamlığına ziyan vurduğunu deyirsə, dinin bu məsələyə yanaşması insandan yanadır. Yəni bu, məsələdə heç bir problem yoxdur. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirilən iclasında çıxışı zamanı deyib. […]