İtkin düşən hərbçimizin nəşi TAPILDI

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

Türkiyədə İYİ Partiyanın sabiq sədri, keçmiş daxili işlər naziri Meral Akşener paytaxt Ankara şəhərində ofis kirayələyib.

Bunu tanınmış jurnalist İsmail Saymaz açıqlayıb.

Onun sözlərinə görə, siyasətçi Ankaranın Çankaya rayonunda Türkiyə Böyük Millət Məclisinə çox yaxın məsafədə yerləşən binanın (Cinnah prospekti 57) ikinci mərtəbəsində ofis tutub. Jurnalist artıq daşınma işlərinin başladığını diqqətə çatdırıb.

Akşenerin ofisi hansı məqsədlə tutduğu, siyasi proseslərə təsir etmək niyyətində olub-olmadığı bəlli deyil. Lakin bir neçə gün öncə onun İYİ Partiyanın sabiq sədri qismində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi partiyasında və bütövlükdə müxalifətdə birmənalı qarşılanmayıb. Görüşün detalları ictimaiyyətə açıqlanmayıb.

Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Kemal Kılıçdaroğlu da sədrlikdən getdikdən sonra Ankarada ofis açmışdı.

Loading

Next Post

Şuşada Əliyevə dedim ki... - Lukaşenko

Belarus Respublikası Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi prosesində iştirak edəcək. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib. Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Azərbaycana, xüsusən də işğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyev ilə birgə səfərini xoş təəssüratla xatırlayır: “Şuşada ona […]