Casusluq edən əcnəbi saxlanıldı

Oxunma vaxtı:22 Saniyə

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Azərbaycanda casusluq edən əcnəbi vətəndaş tutulub.

Sohrabi Akbar Ghesmat Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi və strateji obyektlərlə bağlı məxfi sənədlərdə olan məlumatların ələ keçirilməsi istiqamətində fəaliyyət göstərib.

DTX İstintaq baş idarəsində ona qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

Akbar Sohrabi barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Loading

Next Post

Biz hazırıq, Türkiyədən xəbər gözləyirik – Rubinyan

Ermənistan hələlik Türkiyədən sərhədin açılması istiqamətində addımlar görmür, lakin əvvəllər əldə edilmiş razılaşmaların həyata keçiriləcəyinə ümid edir. Bunu Ermənistan parlamentinin vitse-spikeri, Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib. Rubinyanın sözlərinə görə, Ermənistan “Marqara” keçid məntəqəsinin açılması üçün bütün işləri başa çatdırıb, bütün infrastruktur hazırdır. O, görüş və dialoqun […]