Biz hazırıq, Türkiyədən xəbər gözləyirik – Rubinyan

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

Ermənistan hələlik Türkiyədən sərhədin açılması istiqamətində addımlar görmür, lakin əvvəllər əldə edilmiş razılaşmaların həyata keçiriləcəyinə ümid edir.

Bunu Ermənistan parlamentinin vitse-spikeri, Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib.

Rubinyanın sözlərinə görə, Ermənistan “Marqara” keçid məntəqəsinin açılması üçün bütün işləri başa çatdırıb, bütün infrastruktur hazırdır.

O, görüş və dialoqun olmaması ilə bağlı deyilənlərlə razılaşmadığını vurğulayıb:

“İki ölkənin xarici işlər nazirləri 2024-cü il fevralın sonunda Antalyada keçirilən diplomatik forumda görüşüblər”.

Qeyd edək ki, 2022-ci ilin iyulunda tərəflər birinci mərhələdə sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəliblər.

Loading

Next Post

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı iyunun 12-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 21 ailə – 85 nəfər köçürülüb. Prezident, […]